Samsung texnikasının hazırlanma (istehsal) tarixini necə öyrənmək olar

Son yeniləmə tarixi : 16-05-2024

İstehsal tarixinə harada baxmaq olar

İstehsal tarixi seriya nömrəsində şifrələnib. Seriya nömrəsi latın hərflərindən və rəqəmlərdən ibarətdir. Məsələn: R38K503SRVD, R38K503SR4.

Seriya nömrəsindəki simvolların sayı fərqli ola bilər.

Seriya nömrəsindən istehsal tarixini necə öyrənmək olar

Aşağıdakı sahəyə seriya nömrəsini daxil edin və "İstehsal tarixini öyrən" düyməsinə basın.
 

Əllə seriya nömrəsindən istehsal tarixini necə öyrənmək olar

İstehsal tarixini öyrənmək üçün son simvola baxın.

Simvol hərfdirsə, həmin hərfdən sola 5 simvol sayın. Simvol rəqəmdirsə, seriya nömrəsinin sonundan sola 5 simvol sayın.

son simvola baxın

Seriya nömrəsinin sonundan 6-cı simvol istehsal ayını bildirir:
1 — yanvar, 2 — fevral, 3 — mart, 4 — aprel, 5 — may, 6 — iyun, 7 — iyul, 8 — avqust, 9 — sentyabr, A — oktyabr, B — noyabr, C — dekabr.

Seriya nömrəsinin sonundan 7-ci simvol istehsal ilini bildirir:
Y — 2005, L — 2006, P — 2007, Q — 2008, S — 2009, Z — 2010, B — 2011, C — 2012, D — 2013, F — 2014, G — 2015, H — 2016, J — 2017, K — 2018, M — 2019, N — 2020, R — 2021, T — 2022, W — 2023, X — 2024, Y — 2025.

Bizim baxdığımız misalda istehsal tarixi 2018-ci ilin may ayıdır.

İstehsal tarixini müəyyən etmək mümkün deyil

Siz dəqiq istehsal tarixi barədə məlumatı dəstək xidmətindən əldə edə bilərsiniz.


Şərhiniz üçün təşəkkür edirik!