Sürətli tənzimləmələr panelində düymələri necə əlavə etmək və silmək olar

Son yeniləmə tarixi : 23-04-2024

Sürətli tənzimləmələr panelində düymələri asanlıqla və tez əlavə edin, silin və dərhal Galaxy-nin lazım olan alətlərinə və tənzimləmələrinə keçin.

Galaxy-nin əsas ekranının açıq sürətli giriş paneli ilə görünüşü

Sürətli tənzimləmələr panelinə necə düymə əlavə etmək olar

Əsas ekranın aşağıya doğru çəkmə işarəsi və sürətli giriş paneli ilə görünüşü.  Əsas ekranın aşağıya doğru çəkmə işarəsi və sürətli giriş paneli ilə görünüşü.

1. İki dəfə əsas ekranı aşağıya doğru çəkin – əvvəlcə sürətli işəsalma panelinin açılması, sonra isə, geniş menyunun açılması üçün.

Açıq sürətli giriş panelinin sola çəkmə işarəsi ilə görünüşü. Açıq sürətli giriş panelinin sola çəkmə işarəsi ilə görünüşü.

2. Əlavə işarələri və «+» işarəsini görmək üçün səhifəni sola çevirin.

Sürətli giriş panelinin işarələnmiş «+» işarəsi ilə görünüşü. Sürətli giriş panelinin işarələnmiş «+» işarəsi ilə görünüşü.

3. «+» işarəsinə toxunun.

Sürətli giriş panelinin işarələnmiş mövcud düymə ilə görünüşü. Sürətli giriş panelinin işarələnmiş mövcud düymə ilə görünüşü.

4. Yuxarıdakı menyudan mövcud düyməyə toxunun və, onu basıb saxlayaraq, aşağı, sürətli giriş panelinə keçirin.

Sürətli giriş panelinin işarələnmiş «Hazırdır» düyməsi ilə görünüşü. Sürətli giriş panelinin işarələnmiş «Hazırdır» düyməsi ilə görünüşü.

5. Seçiminizi tamamladıqdan sonra «Hazırdır» düyməsinə toxunun.

Sürətli tənzimləmələr panelindən düyməni necə silmək olar

Sürətli giriş panelinin işarələnmiş əlavə opsiyalar işarəsi ilə görünüşü. Sürətli giriş panelinin işarələnmiş əlavə opsiyalar işarəsi ilə görünüşü.

1. Əsas ekranı sürətli giriş panelinin açılması üçün yuxarıda aşağıya doğru çəkin.

Sürətli giriş panelinin işarələnmiş düymələrin redaktə edilməsi opsiyası ilə görünüşü. Sürətli giriş panelinin işarələnmiş düymələrin redaktə edilməsi opsiyası ilə görünüşü.

2. Əlavə opsiyalar işarəsinə toxunun, sonra isə, «düymələri dəyiş» bölməsini seçin.

Sürətli giriş panelinin yuxarıya keçirilən düymə ilə görünüşü. Sürətli giriş panelinin yuxarıya keçirilən düymə ilə görünüşü.

3. Ekranın aşağı hissəsində sürətli giriş menyusundan düyməyə toxunun və, onu basıb saxlayaraq, yuxarıdakı menyuya keçirin.

Sürətli giriş panelinin işarələnmiş «Hazırdır» düyməsi ilə görünüşü. Sürətli giriş panelinin işarələnmiş «Hazırdır» düyməsi ilə görünüşü.

4. Seçiminizi tamamladıqdan sonra «Hazırdır» düyməsinə toxunun.

Şərhiniz üçün təşəkkür edirik!