Samsung paltaryuyan maşınında 4C2 xətası

Son yeniləmə tarixi : 15-04-2024

Nə baş verib

Paltaryuyan maşının displeyində "4C2" xətası haqda mesaj yazılıb.

Samsung paltaryuyan maşınında 4C2 xətası

Xəta niyə yaranıb

Paltaryuyan maşına temperaturu 50°C-dən yuxarı olan qaynar su tökülür. Normal işləməsi üçün maşına yalnız soyuq su tökülməlidir.

Qeyd: xəta adətən incə yuma rejimlərində meydana çıxır, məsələn, "Yun" və ya "Zərif alt-paltar".

Nə etmək olar

1 Suyun maşına verildiyi su vuran şlanqın soyuq su kranına qoşulduğundan əmin olun.
2 Maşını enerji mənbəyindən ayırın və paltaryuyan maşına su vuran kranı bağlayın.
3 Su vuran şlanqı paltaryuyan maşından burub açın.
su vuran şlanqı paltaryuyan maşından burub ayırın
4 Su vuran şlanqı vannaya və ya əl-üz yuma çanağına yönəldin, sonra su vuran kranı açın.
Şlanqdan axan suyun temperaturunu yoxlayın.
su vuran şlanqda su əl-üz yuma çanağına axıb tökülür
  • Əgər su vuran şlanq soyuq su kranına qoşulubsa, lakin qaynar su axırsa, soyuq su axana qədər gözləyin. Əgər suyun temperaturu dəyişmirsə və qaynar qalırsa - santexnikə müraciət edin.
  • Əgər su soyuqdursa, növbəti addıma keçin.
5 Su vuran şlanqı yenidən paltaryuyan maşına birləşdirin və Yun və ya Zərif paltar rejimində heç bir paltar olmadan test yumanı işə salın.
  • Əgər xəta görünmürsə, hər şey qaydasındadır. Paltaryuyan maşından istifadə etməyə davam edə bilərsiniz. Xəta kiçik bir nasazlıq nəticəsində meydana çıxa bilərdi.
  • Əgər xəta yenidən görünürsə, texnikanın işinin diaqnostika edilməsi və təmiri üçün yaxınlıqdakı səlahiyyətli xidmət mərkəzinə müraciət edin.

Şərhiniz üçün təşəkkür edirik!