Uşaq təhlükəsizlik kilidi Paltaryuyan maşının düymələr basılmır

Son yeniləmə tarixi : 03-04-2024

Nə baş verir

Yalnız «İşəsalma/ Dayandırma» düyməsi işləyir, qalan düymələrə basdıqda, heç nə baş vermir.

Bu nə deməkdir

Maşının «Uşaq təhlükəsizlik kilidi» funksiyası aktivdir.

Uşaq təhlükəsizlik kilidini necə aktiv- deaktiv etmək olar

Paltaryuyan maşınların panellərinin fərqli olması səbəbi ilə, kilidi aktiv və ya deaktiv etməyin vahid bir üsulu yoxdur. Hər maşında bu funksiyanı işə salmaq üçün özünəməxsus üsul var və bu üsul təlimatlarda qeyd olunur.

Bununla belə, paltaryuyan maşının idarəetmə panelində yerləşdirilən bir xatırlatma var.

Adətən, kilidin aktiv və ya deaktiv edilməsinə görə cavabdeh olan düymələr qıfıl və ya uşaq üzü şəkli ilə işarələnir. Bu işarə lazım olan düymələrin yanında və ya onların arasında yerləşir. Kilidi aktiv və ya deaktiv etmək üçün bu düymələri eyni zamanda basın və səs siqnalı eşidənə qədər 3 - 5 saniyə ərzində saxlayın. Aşağıda bir neçə misal göstərilib.

WW70J52E04WD

Kilid «+» və «—» təxirə salınmış işəsalma düymələrinin köməyi ilə aktiv/ deaktiv edilir.

Samsung paltaryuyan maşınının idarəetmə paneli

WW70J52E04WD

Kilid «Temperatur» və «Yaxalama» düymələri ilə aktiv/ deaktiv edilir.

Samsung paltaryuyan maşınının idarəetmə paneli

WF6MF1R2W2W

Kilid «Sıxma» və «Opsiya» düymələri ilə aktiv/ deaktiv edilir.

Samsung paltaryuyan maşınının idarəetmə paneli

WF8590NF

Kilid «Temperatur» və «Yaxalama» düymələri ilə aktiv/ deaktiv edilir.

Samsung paltaryuyan maşınının idarəetmə paneli

R1245AV

Kilid «Yaxalama» və «Sıxma» düymələri ilə aktiv/ deaktiv edilir.

Samsung paltaryuyan maşınının idarəetmə paneli

Şərhiniz üçün təşəkkür edirik!