Samsung Notes

Samsung Notes ilə
qeydlərinizi yeni zirvələrə qaldırın


Samsung Notes ilə hər şeyi qeyd edin. S Pen qələmi ilə müxtəlif üslub və rənglərdə yazın, çəkin və işarələyin. Şəkil və səs qeydlərini
əlavə edin və axtarıla bilən teqlərlə qeydlərinizi yaddaşa verin. İlham pərisi sizə gələndə kilidli ekranınızda qeydlərinizi yazmaq üçün sadəcə S Pen qələmini
çıxarın.

* Xidmətin mövcudluğu ölkə və ya bölgə, xidmət təminatçısı, cihazın modeli və ƏS versiyasından asılı olaraq fərqlənə bilər.

İlham pərisi sizə gələndə hazır olun

İstənilən zaman, istənilən yerdə sürətli şəkildə qeydlər edin. Ekranınızı yandırmağa və ya
baxdığınız videonu pauzaya almağa ehtiyac yoxdur—başlamaq üçün sadəcə S Pen qələminizi çıxarın. Bu qədər asan.

Sadəcə yazmağa başlayın


Ekran Sönülü Rejimdə Yaddaş funksiyası siz hazır olanda hazırdır. Sadəcə S Pen qələmini çıxarın və ekranınız sönülü olduqda belə yazmağa başlayın. Supermarketdə alınacaq ərzaqların siyahısını tutun və ya növbəti hekayəniz üçün ağlınıza gəlmiş mükəmməl ideyanı yazın. İşinizi bitirdikdə siz qeydi Samsung Notes tətbiqində yaddaşa verə bilər və ya onu həmişə ekran üzərində saxlamaq üçün Always On Display-ə bərkidə bilərsiz.

İzləyin, qeyd edin və öyrənin


Video və ya onlayn məruzəni izləyin və eyni zamanda qeydlər edin. Bunların hamısını rahat şəkildə ekranda edə bilərsiz. Sadəcə S Pen düyməsinə basın və peyda olan bloknot pəncərəsinə çıxış əldə etmək üçün ekranın üzərinə iki dəfə vurun. Ölçü və şəffaflığı istəyinizə uyğun tənzimləyin və məruzə otağını evinizə gətirin.

PDF fayllarını asanlıqla işarələyin

İş üçün sənədləri annotasiya edin və ayaqüstə öyrənin. Böyük və ya kiçik olduğundan asılı olmayaraq PDF sənədlərini idxal edin və S Pen qələmi ilə birbaşa onların üzərində yazın.
Öz qeyd və diaqramlarınızı əlavə edin, işarələyin, onların üzərindən və altından xətt çəkin - seçim sizindir. İşinizi bitirdikdə isə sadəcə yaddaşa verin və paylaşın.

Qeydləriniz və audio yazılarınızı sinxronlaşdırın


Bir daha heç vaxt xüsusi məqamları səs yazılarınız arasınd axtarmayın. Audio yazarkən qeydlər etdikdə qeydləriniz onların aid olduğu səs yazısına uyğunlaşmaq üçün üst-üstə düşəcək. Audio əlfəcin vacib görüşlər, müsahibələr və ya mühazirələr üçün mükəmməl alətdir.

Əl yazısından mətnə və sairə

S Pen qələmi ilə birinci yazın və sonradan redaktə edin. Hərəkətdə olarkən qeydlər edin və sonra sadə toxunuşla hər şeyi səliqə səhmana salın.
Mətnin rəngini və qalınlığını dəyişməklə vacib məqamları işarələyin.
Və ya bir anda S Pen qələmi ilə ən qara-qura yazıları oxuna bilən rəqəmsal mətnə çevirin.

Bütün cihazlarınızda etdikləriniz qeydləri
sinxronlaşdırın


İndi siz Samsung Cloud vasitəsilə qeydlərinizi hissedilmədən sinxronlaşdıra bilərsiz ki, siz telefon, planşet və FK-da yazıb yazmadığınızdan asılı olmayaraq qaldığınız yerdən yazmağa davam edə biləsiz.
İstənilən zaman və istənilən yerdə bütün qeydlərinizə çıxış imkanından zövq alın.

* Hər bir cihaz bir Samsung Account hesabı ilə qeydiyyatdan keçirilməlidir.

S Pen qələmi ilə
yaradıcılığınızı ifadə edin

Qeyd etmənizdən və ya sənət əsəri yaratmağınızdan asılı olmayaraq S Pen qələmi hər şeyi özündə ehtiva edən əla alətdir. Aşağı gecikmə dərəcəsi və yüksək həssaslıqla siz daha rahat və həssas yazı və çəkim təctübəsi əldə edəcəksiniz.

Galaxy S22 Ultra smartfonunun arxa və ön görüntüsü. Galaxy S22 Ultra smartfonunun arxa və ön görüntüsü.

Galaxy S22 Ultra

* Cihaz və ekran təsvirləri əyani nümunə məqsədləri üçün simulyasiya olunub.