Samsung health


Gündəlik Sağlamlıq

* Cihazın və ekranın təsvirləri illüstrativ məqsədlər üçün modelləşdirilmişdir. Model, region və digər amillərdən asılı olaraq UX/UI proqram versiyası dəyişə bilər.

Yaxşı bir gecə istirahəti yaxşı yuxu vərdişləri ilə başlayır

"Yuxunuzun ümumi keyfiyyəti yuxu saatları qədər vacibdir. Gecə boyu yuxunuzu izləyin və əslində necə yatdığınızla bağlı dəyərli fikirlər əldə edin.
Samsung Health sizə sağlam yuxu vərdişinə nail olmaq üçün gündəlik məqsədlər və təlim proqramları təqdim edir."

  • *Yalnız ümumi sağlamlıq məqsədləri üçün nəzərdə tutulmuşdur. Yalnız şəxsi məlumatlarınız üçün yuxu təlimatı təqdim etməkdədir. Hər hansı bir tibbi vəziyyətin və ya yuxu pozğunluğunun aşkarlanması, diaqnostikası, müalicəsində istifadə üçün nəzərdə tutulmayıb. Məsləhət üçün həkimə müraciət etməyiniz xahiş olunur.
  • *Galaxy Watch4 və daha yuxarı seriyalarda mümkündür.
  • *Cihazın və ekranın təsvirləri illüstrativ məqsədlər üçün modelləşdirilmişdir. Model, region və digər amillərdən asılı olaraq UX/UI proqram versiyası dəyişə bilər.
  • *Xoruldamağınızı qeydə almaq üçün yatarkən saatınızı qolunuza taxın və telefonunuzu başınızın yanında dayanıqlı bir səthə (məs., dolabça) telefonun dibi sizə tərəf yönəldilmiş şəkildə qoyun.

Sağlamlığınıza nəzarət edin və yaxşılaşdırın

Samsung Health ilə bir baxışda gündəlik, həftəlik həmçinin, aylıq fitness inkişafınızı izləyin. Samsung Health tətbiqi GPS izləmə ilə təkmilləşdirilmiş qaçış, velosiped sürmə və yürüyüş etmək də daxil olmaqla 100-dən çox məşq növlərini dəstəkləyir. Samsung Health tətbiqini müxtəlif məşq aksesuarları, eyni zamanda qaçış yolları, velosipedlər və ürək döyüntüsünü göstərən monitorlar ilə (HRM), həmçinin fitness rejiminizi dəqiq tənzimləmək və optimallaşdırmaq üçün Galaxy Watch ilə birləşdirin.

"Body Composition" ilə fitness məqsədinizə effektiv şəkildə nail olun

Bədən Tərkibi Monitorinqi ilə bədən ölçülərinə əsaslanaraq düzgün məqsədlər qoyun. Siz həmçinin məqsədlərinizə çatmağınıza kömək edəcək məsləhətlər əldə edə bilərsiniz.

  • *Yalnız ümumi sağlamlıq və fitness məqsədləri üçün nəzərdə tutulmuşdur. Hər hansı bir tibbi vəziyyətin və ya xəstəliyin aşkarlanması, diaqnostikası, müalicəsində istifadə üçün nəzərdə tutulmayıb. Ölçmələr yalnız şəxsi məlumatınız üçündür. Məsləhət üçün həkimə müraciət etməyiniz xahiş olunur.
  • *Yalnız Galaxy Watch4 və sonraki versiyalarda mövcuddur.

Həyatını dirçəlt

Dostlarınız və ailənizlə hədəflərinizə çatın


Samsung Health ilə əyləncəli və interaktiv şəkildə fitness hədəflərinizə nail olun. Hər kəsi məsuliyyətə dəvət etmək və məqsədlərinə doğru düzgün yolda saxlamaq üçün dostlarınız və ailənizlə dostyana rəqabətə girin.

Mütəxəssislərdən öyrənin

Eynilikdən bezdiniz? Samsung Health sizə uzanma, arıqlama, dözümlülük məşqləri və s. daxil olmaqla yeni fitnes proqramlarını öyrədəcək ekspert məşqçilərin videolarını hazırlayıb. Bu, sürətinizi yenidən artırmaq üçün sizə lazım olan şeydir. Məşq edərkən saatınızdan real vaxt rəyi alın. İndi ekranda ürək döyüntülərinizi və kalorilərinizi izləyə bilərsiniz.

*Samsung Health-də fitnes proqramını istifadə edən zaman Galaxy Watch taxmaq tələb olunur.

Gəlin günü sakit düşüncələrlə ilə bitirək

Bədəninizi, zehninizi və ruhunuzu rahatladın. Gün ərzində stressdən azad olmağa kömək edəcək güclü meditasiya vasitələrini kəşf edin. Gününüzü sakit düşüncə ilə bitirin və yuxuya getməyinizə kömək edəcək sakitləşdirici musiqi və hekayə məzmunu ilə beyninizə istirahət verin*.

*Bəzi məzmunlar üçün əlavə ödənişlər etmək və Calm hesaba daxil olmaq tələb olunur.

İstədiyiniz dəstək

Natural Cycles° tərəfindən dəstəklənən Cycle Tracking, fərdiləşdirilmiş anlayışlar və təhsil məzmunu təqdim edərkən sağlamlıqla bağlı əlaqələrin idarə edilməsinin unikal aspektlərini anlamağa kömək edir. Galaxy telefonu və Galaxy Watch indi sevdiyimiz qadınları hər addımda dəstəkləməyə hazırdır.

Sən ne yeyirsənsə, osan

Samsung Health ilə gündəlik yeməklərinizi və qəlyanaltılarınızı qeyd etməklə sağlam qidalanma vərdişləri yaradın. Gün ərzində qəbul etdiyiniz vitamin və qida maddələrinə əsaslanaraq yemək vərdişlərinizi aşkar edin və daha balanslı bir pəhrizə doğru addımlar atın.

Ən yaxşı uyğunlaşanlar

Sizinlə ayaqlaşan Galaxy ilə daha ağıllı həyatı təcrübədən keçirin.

Galaxy
Z Fold5

Galaxy
Watch6

Galaxy
Buds2 Pro

Necə istifadə etməli

Samsung Knox tətbiqi ilə məlumatların təhlükəsizliyi

Sizin səhhətiniz haqqında məlumatlar Samsung Knox tətbiqi ilə təhlükəsiz yerdə saxlanılır.

Tətbiqi əldə edin

Samsung Health tətbiqini indi endirin.

 

Smartfonlar

 

Tətbiq və Xidmətlər

  • Bütün xidmətlər, xüsusiyyətlər, funksional imkanlar, məzmunlar, istifadəçi interfeysləri bildiriş verilmədən dəyişə bilər və onların mövcudluğu ölkə/region, cihazın modeli və əməliyyat sisteminin versiyasından asılı olaraq fərqlənə bilər.
    Satışdan sonra ödənişli xidmətlərdən istifadə etmək mümkündür.Paid services are available after purchase.
  • Cihaz və ekran təsvirləri əyani nümunə məqsədləri üçün simulyasiya olunub.