Samsung global goals

2030-cu ilə qədər
birlikdə dünyanı dəyişək

2015-ci ilin sentyabr ayında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının yığıncağında dünya liderləri dünyanı 2030-cu ilə qədər köklü şəkildə dəyişməyə söz verdilər. Qlobal Məqsədlər kimi tanınan Dayanıqlı İnkişaf Məqsədləri açlığı aradan qaldırmaq, qeyri-bərabərliklə mübarizə aparmaq və planetimizi təmizləmək üçün irəli sürülmüş bir plandır. Samsung bu hərəkata qoşulub və biz töhfəmizi vermək üçün sizin də bizə qoşulmağınızı istəyirik.

* BMT-nin İnkişaf Proqramı ilə ortaqlıq.

COVID-19 ilə
mübarizəyə qoşulun

Koronavirus pandemiyası zəmanəmizin ən böyük səhiyyə problemidir, lakin Samsung şirkətində biz texnologiyanın bu çətinliyin öhdəsindən gələ bildiyinə inanırıq. Biz COVID-19 təhlükəsi və təsiri ilə mübarizə aparan insanların təcili ehtiyaclarını qarşılamaq üçün texnologiya və resurslardan istifadə etməyə davam edəcəyik. Global Goals tətbiqi ilə isə siz indi Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 ilə Mübarizədə Həmrəylik Fonduna ianə yatıra bilərsiz.

Bir tətbiqin
mənalı təsiri

Samsung Global Goals tətbiqi daha parlaq gələciyin qurulması üçün hər kəsi gücləndirir. 17 məqsədin hər biri və onların dünya miqyasındakı icmalara necə təsir etdiyi haqqında öyrənin. Baxdığınız hər bir proqramdaxili reklam sizin seçdiyiniz məqsədə yönələ bilən maliyyə vəsaitini cəlb edir. Birlikdə biz dünyanı daha sağlam və daha dayanıqlı edə bilərik.

Global Goals üzrə statistik göstəriciləri və tərəqqini izləyin

Xüsusi məqsədə dəstək olun

Təmiz su, əlçatımlı təhsil və ya sülhsevər cəmiyyət olub olmamasından asılı olmayaraq biz sizin inandığınız məqsədi dəstəkləməyinizi istəyirik.
Hər dəfə maliyyə vəsaiti göndərəndə ianənizin hansı məqsədə doğru yönləndirilməsi ilə bağlı istəyinizi bildirin. Sizin yardımınız həmin məqsədin həyata keçirilməsinə sərf olunacaq. Bundan sonra tətbiq sizin köməyinizdən faydalanmış layihələr haqqında sizi məlumatlandırmağa davam edəcəkdir.

Samsung Pay tətbiqi ilə
məqsədlərinizi
dəstəkləyin


Proqramdaxili reklamlara baxmaqla siz istədiyiniz məqsədə doğru ianə ediləcək maliyyə vəsaitini cəlb edə bilərsiz. Lakin siz vəsaitin toplanılmasını gözləmək məcburiyyətində deyilsiniz. Birbaşa Samsung Pay və ya Google Pay tətbiqi ilə ianə etməklə məqsədlərə doğru irəliləyişinizə başlayın. Hətta yeni Global Goals tətbiqini quraşdırdığınız təqdirdə əvvəlki ianələrinizə baxmaq üçün sadəcə Samsung Account hesabınıza daxil olun.

Samsung sizin təsir gücünüzü
ikiqat artırır


Qlobal korporativ vətəndaş olaraq biz Samsung şirkətində reklamların izlənməsindən alınan ianələrinizi uyğunlaşdıra bilməkdən qürur duyuruq. Gəlin tərrəqqinin qarşısında duran əngəlləri aşan və Global Goals məqsədlərinə uyğun dəyərlər yaradan yenilikçilik yolunda birlikdə çalışaq. Gələcək bir addım aralıdır, odur ki, ianələrinizi bu gün edin.

Kilid erkanınızı
hərəkətləndirinn


Telefonuzunun displeyini dəyişikliyə çağıran afişaya çevirin.
Kilid ekranı funksiyasını yandırın və Global Goals tətbiqi hər dəfə telefonunuzu əlinizə götürdükdə tarixin ən nüfuzlu liderlərinin sizi hərəkətə çağıran mesajlarını nümayiş etdirəcəkdir.

Qlobal hərəkatda iştirak edin

Məqsədə bu gün dəstək olmaq üçün tətbiqi endirin.

Galaxy S22 Ultra smartfonunun arxa və ön görüntüsü. Galaxy S22 Ultra smartfonunun arxa və ön görüntüsü.

Galaxy S22 Ultra

  • * Cihaz və ekran təsvirləri əyani nümunə məqsədləri üçün simulyasiya olunub.
  • * Xidmətin mövcudluğu ölkə/xidmət təminatçısı/dil/cihazın modeli/ƏS versiyasından asılı olaraq fərqlənə bilər.
  • * İstifadəçi interfeysi və proqramdaxili reklamlar cihazdan asılı oalraq dəyişə və fərqlənə bilər.